Xəbər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Dünya Bankı Qrupunun nümayəndəsi ilə görüş keçirilib

Xəbər
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Dünya Bankı Qrupunun nümayəndəsi ilə görüş keçirilib

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Dünya Bankı Qrupunun Azərbaycan üzrə ölkə meneceri Saşa Bakes ilə görüşüb.

Görüşdə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində müəyyən edilmiş prioritet istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Tərəflər, həmçinin rəqəmsal transformasiya, süni intellekt əsaslı infrastrukturun inkişafı, məlumat mərkəzləri və “Hökumət buludu”, kibertəhlükəsizlik üzrə mütəxəssislərin, eləcə də rəqəmsal bacarıqlara malik kadrların hazırlanması sahələrində Dünya Bankının mümkün dəstəyi barədə fikir mübadiləsi aparıblar.