Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində ABŞ nümayəndə heyəti ilə görüş keçirilib
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov ölkəmizdə səfərdə olan ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanla ABŞ arasında məzmunca zənginləşən strateji əməkdaşlıqdan məmnunluq ifadə olunub. Nazirliklə ABŞ-nin Ticarət və İnkişaf Agentliyi arasında dəmiryol infrastrukturu, telekommunikasiya, kosmik texnologiyalar, süni intellekt texnologiyaları üçün data mərkəzlərinin tikintisi üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.