Xəbər

Regional Rabitə Birliyinin İcraiyyə Komitəsinin Baş direktoru Nurudin Muhitdinovun “Bakutel 2017” sərgi-konfransının iştirakçılarına təbriki

Xəbər
Regional Rabitə Birliyinin İcraiyyə Komitəsinin Baş direktoru Nurudin Muhitdinovun “Bakutel 2017” sərgi-konfransının iştirakçılarına təbriki

Hörmətli iştirakçılar!

 

Beynəlxalq “Bakutel” sərgi və konfransının dövlət idarələri, tənzimləyici strukturlar, elmi dairələr və beynəlxalq təşkilatların, eləcə də Regional Rabitə Birliyinə (RRB) daxil olan ölkələrlə yanaşı, digər ölkələri də təmsil edən iri şirkətlərin çoxsaylı nümayəndələrinin iştirakı ilə keçirilməsi ənənəvi hal alıb. Regional Rabitə Birliyinin (RRB) daimi iştirakçısı olduğu bu tədbir informasiya-kommunikasiyaları sahəsində, o cümlədən, telekommunikasiya şəbəkələri, genişzolaqlı texnologiyalar, peyk rabitəsi, radio və televiziya yayımı, informasiya texnologiyaları, təhlükəsizlik sistemləri, elektron hökumət, elektron biznes və digər sahələrdə müşahidə olunan inkişafın ən mühüm cəhətlərini nümayiş və müzakirə etmək üçün unikal platforma funksiyasını yerinə yetirir. 

 

Hazırda informasiya–kommunikasiya texnologiyalarının inkişaf səviyyəsi və bütün sahələrdə tətbiq edilməsi ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasında həlledici rol oynamaqla yanaşı, hökumət strukturları, vətəndaş cəmiyyəti və şirkətlər arasında əməkdaşlığın genişləndirilməsini təşviq edir, səmərəli dövlət idarəçiliyinə öz töhfəsini verir. Bu baxımdan, hər il keçirilən beynəlxalq “Bakutel” sərgisi ənənəvi olaraq Azərbaycan Respublikasında İKT sektorunun uğurlu inkişafını nümayiş etdirir.

 

İKT sektorunu prioritet sahələrdən biri hesab edən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Heydər oğlu Əliyevin göstərdiyi dəstək sayəsində İKT sektoru Azərbaycan iqtisadiyyatının ən perspektivli və dinamik inkişaf edən sahələrindən birinə çevrilib. 

 

Azərbaycan Respublikası rabitə administrasiyasının beynəlxalq müstəvidə fəal iştirakı Regional Rabitə Birliyinin (RRB) əsas beynəlxalq forumlarda – Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransı, Ümumdünya Radiorabitə Konfransı, Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransı, Telekommunikasiyanın Standartlaşdırılması üzrə Ümumdünya Assambleyası,  Ümumdünya Poçt İttifaqının Konqresi və İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində göstərdiyi təşəbbüsləri yaxından dəstəkləyir.

 

Mən əminəm ki, Azərbaycan Respublikasının telekommunikasiya sənayesi nümayəndələrinin təcrübə və peşəkarlığı qloballaşan dünyada insanların rifah halının yaxşılaşdırılmasına və eləcə də dövrümüzdə telekommunikasiya bazarının inkişafına töhfə verməyə davam edəcək. “Bakutel” sərgisi öz mövqeyini ildən-ilə möhkəmləndirməklə yanaşı, Azərbaycan Respublikasının telekommunikasiya bazarında aparıcı tədbirə və bu bazarın ayrılmaz tərkib hissəsinə çevrilir.

 

Bir çox ölkələrdən ekspertlərin, peşəkarların diqqətini cəlb edən “Bakutel” sərgisi telekommunikasiya və informasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətləri nümayiş etdirmək, strateji ideyaları və irimiqyaslı layihələri təqdim etmək, eləcə də müxtəlif səviyyələrdə, rabitə administrasiyaları ilə şirkətlər arasında təcrübə mübadiləsi və danışıqların aparılması üçün mühüm platformadır.

 

Mən Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları – “Bakutel 2017" sərgi-konfransının bütün iştirakçılarına konstruktiv dialoq, eləcə də uğurlu və səmərəli iş arzu edirəm!