Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkəmizdə telefon rabitəsinin yaradılmasının 135 illiyinə həsr olunmuş müsabiqə elan edir

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkəmizdə telefon rabitəsinin yaradılmasının 135 illiyinə həsr olunmuş  müsabiqə elan edir

Müsabiqə informasiya və telekommunikasiya texnologiyaları (İKT)  üzrə aşağıdakı nominasiyalar üzrə keçirilir:

 

  • İKT üzrə ən yaxşı kitab

 

  • İKT üzrə ən yaxşı elmi məqalə

 

 

Nominasiyalar üzrə müsabiqəyə materialların qəbulu 10.10.2016-cı il tarixindən 10.11.2016-cı il tarixinə kimi aparılacaq.

 

Materiallar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elm, texnologiya və informasiya cəmiyyətinin inkişafı şöbəsinə zərfdə təqdim olunur. Zərfin üzərinə “Müsabiqə üçün təqdim olunur” sözləri yazılmalıdır.

Ünvan: AZ 1000 Bakı şəhəri, Z. Əliyeva küçəsi 77 

 

Materiallara olan tələblər

 

“İKT üzrə ən yaxşı kitab”  nominasiyaya üzrə  2014-2016-cı ildə nəşr edilmiş  kitablar qəbul edilir. Kitablar  1(bir)  nüsxədə təqdim edilir. Azərbaycan dilində nəşr olunmuş kitablara üstünlük verilir.

 

“İKT üzrə ən yaxşı elmi məqalə”  nominasiyası üzrə 2015-2016-cı illərdə çap olunmuş  elmi məqalələr (tezis və konfrans materialları istisna olmaqla) qəbul edilir. Elmi məqalələr çap olunduğu jurnalın üz qapağı, mündəricatı, məqalənin surəti (ottiski)  və internet  ünvanı göstərilməklə  kağız formasında  2 (iki) nüsxədə  təqdim edilir.  İmpakt faktorlu jurnallarda çap olunmuş praktiki əhəmiyyətli elmi məqalələrə üstünlük verilir.

 

Materiallarla birlikdə  müsabiqədə  iştirak edən müəllif barədə anket məlumatları (adı, soyadı, elmi dərəcəsi, iş yeri  və vəzifəsi, əlaqə telefonu və elektron  poçt ünvanı) təqdim olunmalıdır. Müsabiqəyə təqdim olunan kitab və ya elmi məqalənin həmmüəllifləri olduğu təqdirdə, əlavə olaraq müsabiqədə iştirakla bağlı onların yazılı razılığı tələb  olunur.

 

Bir müəllif  yalnız bir nominasiyada  və   bir elmi məqalə və  ya kitab ilə iştirak edə bilər. Tələblərə uyğun olmayan materiallar müsabiqəyə buraxılmır. Müsabiqəyə  təqdim olunmuş kitab və elmi məqalələr geri qaytarılmır.

 

Nominasiyalar üzrə qəbul olunmuş kitab və məqalələr münsiflər heyəti tərəfindən qiymətləndirilir və qaliblər  müəyyən edilir. Qaliblər 6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin  peşə  bayramı  günü ərəfəsində açıqlanacaq.

 

I, II və III yerin  qalibi   qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

 Əlavə məlumat üçün  edu@mincom.gov.az  elektron poçtuna yaza bilərsiniz.