NRYTN-də Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üzrə Yeni Azərbaycan Partiyasının ilk ərazi təşkilatı ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirib.
Tədbirdə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edərək ulu öndərin müstəqil Azərbaycan dövlətinin formalaşmasında göstərdiyi müstəsna xidmətlərdən danışıb.
Elmir Vəlizadə ümummilli liderin ölkəmizdə bir çox sahələrin, xüsusilə də rabitə sektorunun inkişafına verdiyi töhfələrdən geniş bəhs edib.
Nazir müavini, həmçinin, bu gün ölkəmizdə Heydər Əliyev siyasətinin uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Sonra tədbir iştirakçıları ulu öndərə həsr olunmuş filmə tamaşa ediblər.
Sonda Yeni Azərbaycan Partiyasına qoşulmaq üçün müraciət etmiş nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsi işçilərinə partiya vəsiqələri təqdim olunub.