Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Apelyasiya Şurasının növbəti iclası keçirilib

Nəqliyyat, Rabitə və Yüksək  Texnologiyalar Nazirliyinin Apelyasiya Şurasının  növbəti iclası keçirilib

“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apelyasiya şuralarının yaradılması haqqında” Azərbaycan Prezidentinin 3 fevral 2016-cı il tarixli 762 nömrəli Fərmanına uyğun olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yaradılmış Apelyasiya Şurasının iclası keçirilib.

 

İclasda şikayətçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üzrə 6 noyabr 2019-cu il tarixində dövlət qulluğuna qəbul üzrə keçirilən müsahibənin nəticəsi ilə bağlı müraciətinə baxılıb.

 

Şikayətçinin iştirakı ilə keçirilən iclasda müraciəti dinlənilib, hərtərəfli araşdırılıb və müzakirə edilib. Qanunvericiliyin tələblərinə uyğun müvafiq qərar qəbul edilib.