Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri noyabrın 14-də Yevlax şəhərində vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu üzrə növbəti görüşünü noyabrın 14-də saat 1230-da Yevlax şəhərində keçirəcək. Nazir Yevlax, Tərtər, Ağdam və Bərdə rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətləri üzrə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
Yevlax rayonunda 02233 64646
Tərtər rayonunda 02223 61554
Ağdam rayonunda 02632 50622
Bərdə rayonunda 02020 51515
nömrəli telefonlara zəng etmələri xahiş olunur.