Nazirliyin qurumlarının əməkdaşlarına kibertəhlükəsizlik potensialının artırılması ilə bağlı təlim keçirilib

Nazirliyin qurumlarının əməkdaşlarına kibertəhlükəsizlik potensialının artırılması ilə bağlı təlim keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Kibertəhlükəsizlik potensialının artırılması” (Cyber Security Capacity Building) layihəsi çərçivəsində 24-28 oktyabrda əməkdaşlar üçün təlim təşkil olunub.

 

ADA Universitetində keçirilən təlimi Koreya Universitetinin 5 eksperti aparıb.

 

Təlimdə nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların 22 nümayəndəsi iştirak edib.


Proqramın sonunda sertifikatların təqdimat mərasimi keçirilib. Tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Fidan Fərzəliyeva və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan nümayəndəliyinin rəhbəri Moon Jong Hyun iştirak edib.


Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Kibertəhlükəsizlik potensialının artırılması” layihəsi 2020-ci ildə KOICA-nın 2021-2023-cü illər üçün elan etdiyi qrant proqramının qalibi olub. Layihə çərçivəsində 3 il ərzində kibertəhlükəsizlik üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.