Xəbər

Nazirliyin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Xəbər
Nazirliyin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Bununla əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

Ümummilli Liderin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil və gül dəstələri qoyulub.

Görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.