Xəbər

Nazirliyin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Xəbər
Nazirliyin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bu gün Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olan, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür.

Bununla əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

Ziyarətçilər Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla yad ediblər.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.