Nazirliyin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin vəfatından 20 il ötür.
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günündə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib.
Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil və gül dəstələri qoyulub.
Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.