Nazirliyin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib.
Ölkəmizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə tər qərənfillər düzülüb, onların xatirəsi ehtiramla yad olunub.