Nazirliyin kollektivi peşə bayramı münasibətilə Fəxri xiyabanı ziyarət edib
6 dekabr Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günüdür.
Bu gün münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib.
Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə gül dəstələri düzülüb.