Nazirliyin əməkdaşları dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif ediliblər

Azərbaycanda 23 iyun tarixi 2006-cı ildən etibarən Dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd edilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 22 iyun 2019-cu il tarixli müvafiq Sərəncamla dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə bir qrup dövlət qulluqçusu təltif edilib.
Bu Sərəncamla 3 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə, 40 nəfər “Tərəqqi” medalına və 213 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüblər.
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilənlər sırasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Nəqliyyat siyasəti şöbəsinin müdiri Əliyev Azər Rövşən oğlu, Nəqliyyat sahəsinin tənzimlənməsi şöbəsinin Mülki aviasiya sektorunun müdiri Kərimov İsmayıl Hikmət oğlu, Beynəlxalq əməkdaşlıq şöbəsinin Dövlətlərarası əməkdaşlıq sektorunun baş məsləhətçisi Tağıyeva Təranə İskəndər qızı da yer alıb.
Eyni zamanda, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə NRYTN-in adları aşağıda qeyd olunan əməkdaşları Fəxri Fərmanla təltif olunub və mükafatlandırılıblar.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatı üzrə:
|
|
İmanov Azər Laçın oğlu |
Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq tədbirlər və protokol sektorunun müdiri |
Quliyeva Aygün Nəsir qızı |
Maliyyə və iqtisadi təhlil şöbəsinin İqtisadi təhlil və statistika sektorunun baş məsləhətçisi |
Babayev Rəşadət Əliağa oğlu |
İnsan resurslarının idarə edilməsi və dövlət qulluğu şöbəsinin baş məsləhətçisi |
Vəliyev Eldəniz Musa oğlu |
İnsan resurslarının idarə edilməsi və dövlət qulluğu şöbəsinin baş məsləhətçisi |
Rəsulov Anar Mənsur oğlu |
Daxili nəzarət və audit şöbəsinin baş məsləhətçisi |
Şərifova Leyla Yəhya qızı |
Hüquq şöbəsinin böyük məsləhətçisi |
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti üzrə:
|
|
Axundova Sevda Rəvan qızı |
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri |
Məmmədov Arif Namaz oğlu |
Daşımaların tənzimlənməsi şöbəsinin Sərnişin daşımalarının tənzimlənməsi sektorunun müdiri
|
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi üzrə:
|
|
Əliyev Mübariz Nəriman oğlu |
Aviasiya təhlükəsizliyi şöbəsinin müdiri |
Abdullayev Ələskər Abdul Əli oğlu |
Hüquqi təminat sektorunun müdiri |
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi üzrə: |
|
Bağırova Nigar Yusif qızı |
Naviqasiya və dəniz mühitinin mühafizəsi şöbəsinin müdir müavini-Dəniz mühitinin mühafizəsi sektorunun müdiri |
Hüseynova Camalə Nurəli qızı |
Sənədlərlə iş sektorunun müdiri |