Nazirliyin bir qrup əməkdaşı dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub

Nazirliyin bir qrup əməkdaşı dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 22 iyun 2022-ci il tarixli Sərəncam imzalayıb.

 

Həmin Sərəncamla müxtəlif dövlət qurumlarında çalışan bir qrup şəxs dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub.

 

“Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülənlər sırasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq layihələr sektorunun müdiri Ravil Məmməd oğlu İsgəndərov, Nəqliyyat sahəsinin tənzimlənməsi şöbəsinin Nəqliyyat infrastrukturu sektorunun baş məsləhətçisi Eldəniz Musa oğlu Vəliyev, Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin baş məsləhətçisi Lalə Hekayət qızı Kərimova, Sənədlərlə və müraciətlərlə iş şöbəsinin baş məsləhətçisi Kəmalə Lətif qızı Əhmədova, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin Aviasiya təhlükəsizliyi şöbəsinin müdiri Mübariz Nəriman oğlu Əliyev, Dövlət Mülki Aviasiya Agentliyinin baş məsləhətçisi İnam Zakir oğlu Əsədov da yer alıb.

 

Qeyd edək ki, 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.