Nazirliyin Apellyasiya Şurasının növbəti iclası keçirilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Apellyasiya Şurasının növbəti iclası keçirilib.
İclasda vətəndaşların müvafiq olaraq RİNN üzrə 23 noyabr 2023-cü il tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün ümumi müsahibənin və 28 noyabr 2023-cü il tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibənin nəticələri ilə bağlı müraciətlərinə baxılıb. İclasda müraciətlər hərtərəfli araşdırılıb və müzakirə edilib.
Apellyasiya Şurası haqqında Əsasnamənin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul olunub.