Nazirliyin Apellyasiya Şurasının növbəti iclası keçirilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Apellyasiya Şurasının növbəti iclası keçirilib.
İclasda vətəndaşın RİNN üzrə 14 noyabr 2023-cü il tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün daxili müsahibənin nəticəsi ilə bağlı müraciətinə baxılıb. Vətəndaşın iştirakı ilə keçirilən iclasda müraciəti dinlənilib, hərtərəfli araşdırılıb və müzakirə edilib.
Apellyasiya Şurası haqqında Əsasnamənin tələblərinə uyğun olaraq müvafiq qərar qəbul edilib.