Nazir Şəmkirdə vətəndaşlarla görüşəcək
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 30.09.2016-cı il tarixdə saat 15:00 - da Şəmkir şəhərində Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
Şəmkir rayonunda 02230 53049
Tovuz rayonunda 02231 53599
Ağstafa rayonunda 02222 52995
Qazax rayonunda 02229 50863
Gədəbəy rayonunda 02232 60004
nömrəli telefonlara zəng etmələri xahiş olunur.