Nazir Şamaxıda vətəndaşları qəbul edəcək

Nazir Şamaxıda vətəndaşları qəbul edəcək

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 5 may 2016-cı il tarixdə saat 1200-da Şamaxı şəhərində Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

 

Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

 

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

 

Şamaxı rayonunda                02026 51466

Qobustan rayonunda            02024 52330

Ağsu rayonunda                    02022 65099

İsmayıllı rayonunda               02028 54444

nömrəli telefonlara zəng etmələri xahiş olunur.