Xəbər

Nazir Salyan şəhərində dekabrın 15-i vətəndaşlarla görüşəcək

Xəbər
Nazir Salyan şəhərində dekabrın 15-i vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin mərkəzi içra hakimiyyəti orqanları rəhbərlərinin  2017-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Salyan şəhərində dekabrın 8-nə nəzərdə tutulan qəbulunun vaxtı 15.12.2017-ci il tarixinə dəyişdirilib. Həmin tarixdə saat 12:30-da  nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Salyan şəhərində Salyan, Neftçala, Biləsuvar, Cəlilabad  və Cəbrayıl rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

 

Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

 

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

 

Salyan rayonunda                     02125 50655

Neftçala rayonunda                  02126 33628

Biləsuvar rayonunda                02529 51565

Cəlilabad rayonunda                02524 52248

Cəbrayıl rayonu  üzrə               02638 43899

 

nömrəli telefonlara zəng etmələri xahiş olunur.