Nazir Rəşad Nəbiyev Ucarda gənclərlə görüşüb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ucar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Kürdəmir, Ucar, Göyçay, Ağdaş və Zərdab rayonlarında yaşayan, informasiya texnologiyaları, innovasiyalar və rəqəmsal inkişaf sahəsində fəal olan gənclərlə görüş keçirib.
Görüşdə İKT sektorunda baş verən yeniliklər, rəqəmsal bacarıqların artırılması yolları və gənclərin bu fəaliyyətdə rolu müzakirə olunub.
Eyni zamanda gənc nəslin intellektual səviyyəsi və fəallığı ilə ölkəmizdə innovativ mühitin formalaşdırılmasına öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.