Xəbər

Nazir Rəşad Nəbiyev Tallində “Bolt” şirkətinin nümayəndə heyəti ilə görüş keçirib

Xəbər
Nazir Rəşad Nəbiyev Tallində “Bolt” şirkətinin nümayəndə heyəti ilə görüş keçirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Tallinə səfəri çərçivəsində “Bolt” şirkətinin ofisini ziyarət edib və nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə Azərbaycan ilə “Bolt” şirkəti arasında mobillik sahəsində əməkdaşlığın genişləndirilməsi, ölkəmizdə mobillik xidmətlərinin təkmilləşdirilməsi, rəqəmsal həllərin tətbiqi, sərnişin təhlükəsizliyinin və xidmət keyfiyyətinin artırılması imkanları müzakirə olunub.

Bununla yanaşı, avtonom nəqliyyat vasitələri, süni intellekt və məlumat mühəndisliyi sahələrində əməkdaşlıq perspektivləri, eləcə də şirkətin Azərbaycanda regional texnologiya mərkəzinin yaradılmasında iştirakı imkanları ətrafında fikir mübadiləsi aparılıb.