Xəbər

Nazir Rəşad Nəbiyev “Starlink”in qlobal lisenziyalar və yeni bazarlar üzrə direktoru ilə görüşüb

Xəbər
Nazir Rəşad Nəbiyev “Starlink”in qlobal lisenziyalar və yeni bazarlar üzrə direktoru ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda səfərdə olan “Starlink” peyk sisteminin qlobal lisenziyalar və yeni bazarlar üzrə direktoru Rebekka Slik Hanterlə görüşüb. 

Görüş zamanı Azərbaycanda “Starlink” genişzolaqlı peyk internet xidmətinin təşkili məsələləri müzakirə edilib.