Xəbər

Nazir Rəşad Nəbiyev Şəmkirdə şəhid ailəsini ziyarət edib

Xəbər
Nazir Rəşad Nəbiyev Şəmkirdə şəhid ailəsini ziyarət edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Şəmkir şəhərinə səfəri çərçivəsində şəhid Mətləb Zamanovun ailəsini ziyarət edib.

Görüşdə ailə üzvləri şəhidlə bağlı xatirələrini bölüşüb, onun keçdiyi şərəfli döyüş yolundan və şücaətlərindən danışıblar.