Nazir Rəşad Nəbiyev RİNN-in dövlət qulluğunda fərqlənmiş əməkdaşlarına dövlət mükafatını təqdim edib

Nazir Rəşad Nəbiyev RİNN-in dövlət qulluğunda fərqlənmiş əməkdaşlarına dövlət mükafatını təqdim edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 22 iyun 2022-ci il tarixli Sərəncamı əsasında nazirliyin “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş əməkdaşları ilə görüşüb.

 

Görüşdə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülmüş Ravil Məmməd oğlu İsgəndərov, Eldəniz Musa oğlu Vəliyev, Lalə Hekayət qızı Kərimova, Kəmalə Lətif qızı Əhmədova, Mübariz Nəriman oğlu Əliyev, İnam Zakir oğlu Əsədov iştirak edib.

 

Rəşad Nəbiyev dövlət qulluqçularının əməyinə verdiyi yüksək qiymətə görə cənab Prezidentə minnətdar olduğunu bildirib. 

 

Nazir “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş əməkdaşlara dövlət mükafatını təqdim edərək onları təbrik edib.

 

 “İnanıram ki, əməyinizə verilən bu yüksək qiymət hər birinizi, eləcə də digər əməkdaşlarımızı daha məsuliyyətli olmağa və əzmlə çalışmağa sövq edəcək”, – deyə Rəşad Nəbiyev vurğulayıb.

 

Sonda təltif olunan əməkdaşlar fəaliyyətlərinə verilən yüksək dəyərə görə dövlət başçısına minnətdar olduqlarını ifadə ediblər.