Nazir Rəşad Nəbiyev “OpenAI” şirkətinin tətbiqi tədqiqatlar ofisinin rəhbəri ilə görüşüb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində “OpenAI” şirkətinin tətbiqi tədqiqatlar ofisinin rəhbəri Boris Pouer ilə görüşüb.
Görüşdə suveren süni intellekt infrastrukturunun yaradılması, birgə innovasiya və tədqiqat təşəbbüsləri, təhsil və kadr hazırlığı, lokal tələblərə uyğunlaşdırılmış süni zəka həlləri sahəsində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.