Nazir Rəşad Nəbiyev Naftalanda iki övladı şəhid olmuş ailəni ziyarət edib
![Nazir Rəşad Nəbiyev Naftalanda iki övladı şəhid olmuş ailəni ziyarət edib](https://mincom.gov.az/resized/resize879/center/pages/1210/16885407741800.jpg)
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Naftalan rayonuna səfəri çərçivəsində şəhid ailəsini ziyarət edib.
Nazir iki şəhid qardaş – I Qarabağ müharibəsi şəhidi Mehman Bayramov və Aprel döyüşləri şəhidi kapitan Vaqif Bayramovun ailə üzvləri ilə görüşüb.
Görüşdə yaxınları şəhidlərlə bağlı xatirələrini bölüşüblər, onların keçdiyi rəşadətli döyüş yolundan danışıblar.