Xəbər

Nazir Rəşad Nəbiyev İmişli şəhərində vətəndaşları qəbul edib

Xəbər
Nazir Rəşad Nəbiyev İmişli şəhərində vətəndaşları qəbul edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin fevral ayı üzrə şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən 8 fevralda İmişli şəhərində vətəndaşları qəbul edib.

 

Görüşdən öncə nazir Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

 

Vətəndaş qəbulunda Sabirabad, Saatlı, Füzuli, Beyləqan, Xocavənd və İmişli rayon sakinləri iştirak ediblər.

 

Qəbul zamanı vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb.

 

Nazir Rəşad Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

 

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal həllini tapıb.

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.