Nazir Rəşad Nəbiyev Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb

Nazir Rəşad Nəbiyev Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstana səfəri çərçivəsində həmin ölkənin Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

 

Görüş zamanı ikitərəfli əməkdaşlığımızın qarşılıqlı dəstək və anlaşma şəraitində inkişaf etdiyi avtomobil nəqliyyatı, dəniz nəqliyyatı, aviasiya və İKT sahələrinə dair müzakirələr aparılıb.

 

Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə yükdaşımaların təşkili və mövcud çətinliklərin həlli yolları haqqında fikir mübadiləsi aparılıb.

 

Bildirilib ki, beynəlxalq daşımaların həyata keçirilməsi işində ölkələrimizin tranzit potensialından istifadə edilməsində çoxtərəfli əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında belə qarşılıqlı faydalı əməkdaşlıq TRACECA və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu platformalarında həyata keçirilir.

 

Görüşdə Azərbaycanın beynəlxalq çərçivədə tərəfdaşlarla tam və qarşılıqlı faydalı əlaqələr qurmaq üçün ölkənin nəqliyyat kompleksinin mövcud potensialını maksimum artırmağa çalışdığı diqqətə çatdırılıb.