Nazir Rəşad Nəbiyev Göygöldə vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda 2022-ci ilin noyabr ayında vətəndaşları qəbulu cədvəlinə əsasən, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Samux, Daşkəsən, Göygöl, Xocalı, Şəmkir, Gədəbəy, Kəlbəcər rayonlarının, həmçinin Gəncə və Naftalan şəhərlərinin sakinlərini qəbul edəcək.
Vətəndaşların qəbulu 11 noyabr 2022-ci il tarixində saat 10:00-da Göygöl şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Göygöl şəhəri, Hummel küçəsi 2) keçiriləcək.
Nazir adıçəkilən rayon və şəhərlərdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən, internet, televiziya-radio yayımı və poçt xidmətləri sahələrində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Qəbula yazılmaq üçün 10 noyabr 2022-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu (mincom@mincom.gov.az), 010 2504848 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.