Nazir Rəşad Nəbiyev Dünya Bankının Rəqəmsal transformasiya üzrə vitse-prezidenti ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Dünya Bankının Rəqəmsal transformasiya üzrə vitse-prezidenti Sanqbu Kim ilə görüşüb.
Görüşdə Azərbaycanda rəqəmsallaşma sahəsində layihələrin həyata keçirilməsi, eləcə də təlim mərkəzinin yaradılması məsələsi müzakirə olunub.
Həmçinin rəqəmsal bacarıqların inkişafı və müvafiq sahələrdə təhsilin təşkilinə dair fikir mübadiləsi aparılıb.