Nazir Rəşad Nəbiyev Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri ilə görüşüb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Ştefani Ştalmeysterlə görüş keçirib.
Görüş zamanı ölkəmizdə İKT və nəqliyyat sektorlarının inkişafı, eləcə də bu sahələrdə Dünya Bankının Azərbaycan hökuməti ilə əməkdaşlığının perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Bundan əlavə, görüşdə hazırda ölkəmizdə telekommunikasiya sektorunun normativ-hüquqi bazasının təkmilləşdirilməsi və rəqəmsal transformasiya sahələrində Dünya Bankı tərəfindən icrada olan layihələrlə bağlı müzakirələr aparılıb, əldə olunacaq nəticələrin müsbət töhfələri vurğulanıb.