Xəbər

Nazir Rəşad Nəbiyev Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovla görüşüb

Xəbər
Nazir Rəşad Nəbiyev Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovla görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovla görüşüb.

 

Görüş zamanı Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində və hava nəqliyyatı sahəsində əməkdaşlıq, logistik mərkəzlərin yaradılması və bu sahədə Azərbaycan təcrübəsinin öyrənilməsi məsələləri müzakirə olunub.

 

Eyni zamanda rəqəmsallaşma istiqamətində əməkdaşlığın qurulması və təcrübə mübadiləsinə dair müzakirə aparılıb.