Xəbər

Nazir Rəşad Nəbiyev BMT Baş katibinin yol hərəkəti təhlükəsizliyi üzrə xüsusi elçisi ilə görüşüb

Xəbər
Nazir Rəşad Nəbiyev BMT Baş katibinin yol hərəkəti təhlükəsizliyi üzrə xüsusi elçisi ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev BMT Baş katibinin yol hərəkəti təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Tod ilə görüş keçirib.

Görüş zamanı yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi, piyadaların və digər yol hərəkəti iştirakçılarının qorunması, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Eyni zamanda Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən islahatlar və görülən işlər barədə ətraflı məlumat verilib.