Xəbər

Nazir Rəşad Nəbiyev Birləşmiş Krallığın dövlət naziri Leo Dokerti ilə görüşüb

Xəbər
Nazir Rəşad Nəbiyev Birləşmiş Krallığın dövlət naziri Leo Dokerti ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti ilə görüşüb.

 

Görüşdə Azərbaycanla Birləşmiş Krallıq arasında hava nəqliyyatı, Orta Dəhliz vasitəsilə yük daşımaları, İKT və innovasiyalar sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

 

Görüş çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş” imzalanıb.

 

Bu Saziş Azərbaycan Respublikası ilə Birləşmiş Krallıq arasında, eləcə də iki dövlətin ərazisindən tranzit keçməklə avtomobil nəqliyyatı ilə həyata keçirilən beynəlxalq daşımaları tənzimləməklə iki ölkə arasında qarşılıqlı ticarətin artımı üçün yüklərin rəvan hərəkətinə əlverişli şərait yaradacaq.