Nazir Rəşad Nəbiyev beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri Fərid Hüseynov və Kamran Sadıxlı ilə Mentorluq proqramı çərçivəsində görüşüb.
Qaliblərlə mentorluq dövründə fərdi inkişaf istiqamətləri və peşəkar bacarıqlarının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Eyni zamanda onların idarəetmə bacarıqlarının gücləndirilməsi və innovativ layihələrdə daha fəal iştirak perspektivləri müzakirə olunub.