Nazir Rəşad Nəbiyev Avropa İttifaqının genişlənmə üzrə komissarı Olivier Varhelyi ilə görüşüb
![Nazir Rəşad Nəbiyev Avropa İttifaqının genişlənmə üzrə komissarı Olivier Varhelyi ilə görüşüb](https://mincom.gov.az/resized/resize879/center/pages/1307/16885409221702.jpg)
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Brüsselə işgüzar səfəri çərçivəsində Avropa İttifaqının genişlənmə üzrə komissarı Olivier Varhelyi ilə görüşüb.
Görüş zamanı Azərbaycanla Avropa İttifaqı arasında nəqliyyat, rəqəmsal transformasiya, o cümlədən İKT və kibertəhlükəsizlik üzrə əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.
Ölkəmizdə həyata keçirilən rəqəmsal transformasiya layihələrinə və sahə üzrə mütəxəssislərin hazırlanmasına Avropa İttifaqı tərəfindən dəstək göstərilməsi məsələləri müzakirə olunub.