Xəbər

Nazir Rəşad Nəbiyev Asiya İnkişaf Bankının Direktorlar Şurasının üzvləri ilə görüşüb

Xəbər
Nazir Rəşad Nəbiyev Asiya İnkişaf Bankının Direktorlar Şurasının üzvləri ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Asiya İnkişaf Bankının Direktorlar Şurasının üzvləri ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, həmçinin dəmir yolu, metro və ümumilikdə nəqliyyat infrastrukturunun modernləşdirilməsi, rəqəmsallaşdırılması və dekarbonizasiyası istiqamətlərində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Həmçinin hava və dəniz nəqliyyatı, eləcə də kosmik sahədə potensial maliyyələşdirmə imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.