Nazir Rəşad Nəbiyev Ağcabədi şəhərində vətəndaşları qəbul edəcək
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 17 may 2023-cü il tarixində saat 10:00-da Ağcabədi şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının inzibati binasında Tərtər, Bərdə, Ağdam, Laçın və Ağcabədi rayonlarının sakinlərini qəbul edəcək.
Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda may ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.
Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula yazılmaq üçün 16 may 2023-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.