Nazir Rəşad Nəbiyev “Abu Dhabi Ports Group” şirkətinin nümayəndələri ilə görüşüb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dünyanın aparıcı ticarət, logistika və dənizçilik şirkətlərindən olan “Abu Dhabi Ports Group”un nümayəndələri ilə görüş keçirib.
Görüş zamanı şirkətlə gəmi nəqliyyatı, gəmiqayırma və logistika sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.