Xəbər

Nazir Rəşad Nəbiyev ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə görüşüb

Xəbər
Nazir Rəşad Nəbiyev ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə görüşüb.

Görüşdə Orta Dəhlizlə bağlı həyata keçirilən tədbirlər və layihələr barədə ətraflı məlumat verilib. 

Həmçinin ABŞ şirkətləri ilə liman, yaşıl logistika və innovasiya layihələrində gələcək əməkdaşlıq imkanları müzakirə edilib.