Xəbər

Nazir Rəşad Nəbiyev ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Amy Carlon ilə görüşüb

Xəbər
Nazir Rəşad Nəbiyev ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Amy Carlon ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Amy Carlon ilə görüşüb.

Görüşdə nəqliyyat, Orta Dəhlizin inkişafı və bu istiqamətdə daşımaların perspektivləri müzakirə edilib.

Eyni zamanda telekommunikasiya, kibertəhlükəsizlik, süni intellekt, kadr potensialının artırılması və ABŞ şirkətləri ilə gələcək əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.