Nazir Rəşad Nəbiyev ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin icraçı direktoru ilə görüşüb
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin (Caspian Policy Center) icraçı direktoru və digər üzvləri ilə görüşüb.
Görüş zamanı nümayəndə heyətinə son illər ölkəmizdə nəqliyyat sahəsində həyata keçirilmiş islahatlar, irimiqyaslı infrastruktur layihələri, “Trans-Xəzər” beynəlxalq nəqliyyat marşrutunun inkişaf etdirilməsi çərçivəsində görülmüş işlər barədə ətraflı məlumat verilib.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən və planlaşdırılan layihələr haqqında danışılıb.
Görüşdə, həmçinin qeyd edilən layihələrdə ABŞ şirkətləri ilə əməkdaşlıq və onların bu layihələrdə iştirakı imkanları barədə müzakirələr aparılıb.
Tədbirin sonunda qonaqları maraqlandıran suallar cavablandırılıb.