Nazir müavini Rövşən Rüstəmov Yaponiyanın daxili işlər və rabitə nazirinin müavini ilə onlayn formatda görüşüb
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovla Yaponiyanın daxili işlər və rabitə nazirinin müavini Yuci Sasaki arasında onlayn görüş keçirilib.
Görüşdə iki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində mövcud və perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub.
Eyni zamanda Azərbaycan və Yaponiyanın Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) çərçivəsində əməkdaşlıq imkanları barədə danışılıb.
Həmçinin BTİ-nin növbəti Səlahiyyətli Konfransı çərçivəsində keçiriləcək seçkilərdə iştirak haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Yaponiyanın Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına və Onoe Seizonun təşkilatın Standartlaşdırma Bürosunun direktoru vəzifəsinə, Azərbaycanın isə BTİ Şurasına və Sahibə Həsənovanın təşkilatın Radio Tənzimləmə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb.