Nazir müavini Elmin Məmmədov Yunanıstanın dənizçilik və adalar siyasəti nazirinin müavini ilə görüşüb
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov COP29 tədbirində iştirak məqsədilə ölkəmizdə səfərdə olan Yunanıstanın dənizçilik və adalar siyasəti nazirinin müavini Stefanos Gikas ilə görüşüb.
Görüşdə iki ölkə arasında dəniz nəqliyyatı, yaşıl limanlar və dənizçilərin təlimi sahələrində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Qeyd olunan sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün ekspertlər səviyyəsində danışıqların davam etdirilməsinə dair razılığa gəlinib.