Nazir Gəncədə vətəndaşlarla görüşəcək

Nazir Gəncədə vətəndaşlarla görüşəcək

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə  avqust ayının 22-də saat 13:00 -da Gəncə şəhərində  Gəncə, Naftalan şəhərləri, Goranboy, Samux, Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşlarla görüşəcək.

 

Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

 

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

 

Gəncə şəhərində                   02225 71617

Naftalan şəhərində                02235 22106

Goranboy rayonunda            02224 53106

Samux rayonunda                 02227 51605

Daşkəsən rayonunda            02221 53020

Göygöl rayonunda                02220 55013

Kəlbəcər rayonu üzrə           02226 75099

nömrəli telefonlara zəng etmələri xahiş olunur.