Nazir Ağcabədi şəhərində vətəndaşlarla görüşəcək
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 28.10.2016-cı il tarixində saat 12:00 - da Ağcabədi şəhərində Ağcabədi, Beyləqan, Zərdab, Füzuli, İmişli və Xocavənd rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 0125983818 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
Ağcabədi rayonunda 02127 55299
Beyləqan rayonunda 02122 53233
Zərdab rayonunda 02029 64299
Füzuli rayonunda 02631 55160
İmişli rayonunda 02124 64366
Xocavənd rayonu üzrə 02122 35448
nömrəli telefonlara zəng etmələri xahiş olunur.