Gürcüstanın Baş naziri Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevi qəbul edib
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevi qəbul edib.
Görüşdə Orta Dəhliz vasitəsilə yükdaşımalara artan tələbin optimal şəkildə qarşılanması və dəhlizə əlavə yük axınının cəlb edilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Cənab Prezident İlham Əliyevin uzaqgörən qərarı ilə yaradılan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin uğurla fəaliyyət göstərdiyi vurğulanıb.
Səfər zamanı nazir Rəşad Nəbiyev, həmçinin Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.
Görüş zamanı ölkələrimizin tranzit potensialının artırılması müzakirə edilib.