Gələn il Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək

Gələn il Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək

Ölkəmiz bu il Yaponiyanın Tsukuba şəhərində təşkil olunan 30-cu Beynəlxalq İnformatika Olimpiadasında (IOI) təmsil olunur.

 

Gələn il isə 31-ci Beynəlxalq İnformatika Olimpiadasına Azərbaycan ev sahibliyi edəcək. Ölkəmizdə ilk dəfə təşkil ediləcək yarış ADA Universitetində keçiriləcək.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Təhsil nazirliklərinin  və “Azercell” şirkətinin dəstəyi ilə komandamız Bakıda - Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və Respublikada Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzində uzunmüddətli hazırlıq və məşq prosesindən keçiblər.

 

Bu il yarışlarda 85 ölkədən 340 nəfər şagird iştirak edir.

 

Azərbaycanın 24-cü dəfə qatıldığı yarışda ölkəmizi 4 şagird və 2 müəllimdən ibarət rəsmi nümayəndə heyəti təmsil edir. Şagirdlər müxtəlif yaş qrupları üzrə bölünərək yarışacaq.

 

Beynəlxalq İnformatika Olimpiadası dünyanın ən yaxşı 5 elm olimpiadalarından hesab olunur.

 

Azərbaycan 1994-cü ildən bu yarışların iştirakçısıdır.

 

Məlumat üçün qeyd edək ki, bu günə qədər yarışda Azərbaycandan 55 məktəbli iştirak edib və 1 gümüş, 4 bürünc olmaqla 5 medal qazanıb.