Fiziki infrastruktur üzrə işçi qrupunun növbəti iclası keçirilib

Fiziki infrastruktur üzrə işçi qrupunun  növbəti iclası keçirilib

Azərbaycan Respublikası Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Fiziki infrastruktur üzrə işçi qrupunun növbəti iclası 25 noyabr 2021-ci il tarixində onlayn keçirilib.

 

İclas işçi qrupunun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovun sədrliyi ilə keçirilib.

 

Onlayn iclasda 2021-ci il üzrə Fəaliyyət Planının cari ilin 9 ayı ərzində icra vəziyyətinin monitorinq və qiymətləndirilmə nəticələrinin təhlili aparılıb.

 

Eyni zamanda növbəti il üçün Fəaliyyət Planı layihəsi müzakirə edilib.